AÇ-2024: Tedesko təşkilatçılıqdan şikayətləndi
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Ukrayna ilə heç-heçədən (0:0) sonra Avropa çempionatının təşkilindən şikayətlənib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı stadiona indiyə qədər heç vaxt rastlaşmadığı şəraitdə gəldiklərini bildirib:
“Biz stadiona indiyə qədər heç vaxt rastlaşmadığım şəraitdə gəldik. Polisin müşayiəti ilə oteldən stadiona getmək bir saat çəkdi. Yol tamamilə təmiz idi, lakin onlar saatda 20-25 kilometr sürətlə gedirdilər. Bütün işıqforlar qırmızı idi. Sonda komanda ilə danışmaq üçün cəmi iki dəqiqəm var idi və biz isinmə vaxtını qısaltmalı olduq. Bu, inanılmazdır”.
Belçika millisi Avropa çempionatının 1/8 finalında Fransa ilə qarşılaşacaq. Qarşılaşma iyulun 1-də keçiriləcək.
Bizi Facebook-da izləyin