Keçmiş futbolçu Kvaratsxeliyaya qəzəblənib

“Real”in sabiq futbolçusu Quti Gürcüstan millisinin və “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya haqda danışıb.

Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, gürcü vingerə qəzəbləndiyini bildirib:

“Mən ona qəzəblənirəm. Onunla danışdıq, o, mənə köynəyini göndərəcəyinə söz verdi. Amma hələ də gəlməyib. Avropa çempionatı zamanı mən onun formalarından birini almaq istərdim”.

Kvaratsxeliya Gürcüstan millisi ilə birlikdə Avropa çempionatının 1/8 finalına yüksəlib. Villi Sanyolun komandasının rəqibi İspaniya millisi olacaq. Matç iyunun 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button