AÇ-2024: Tanınmış futbolçu İngiltərə millisinə dəvət almayacaq

“Ayaks”ın yarımmüdafiəçisi Cordan Henderson bu yay keçiriləcək Avropa çempionatında İngiltərə yığmasında oynamayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt futbolçunu iyunda Almaniyada başlayacaq turnir üçün heyətə daxil etməyib.

Henderson ötən yay “Liverpul”dan ayrılaraq Səudiyyə Ərəbistanına gedib və orada “Əl-İttifaq”la müqavilə imzalayıb. İngilis futbolçu artıq yanvar ayında “Əl-İttifaq”dan ayrılıb və “Ayaks”a transfer olunub.

Henderson Niderland çempionatının cari mövsümündə 9 matçda 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button