AÇ-2024: “Təşəkkürlər, Dortmund!”

Almaniya yığmasının hücumçusu Kay Haverts Avropa çempionatının 1/8 finalında Danimarkanı 2:0 hesabı ilə məğlub etdikdən sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Arsenal”ın hücumçusu sosial şəbəkədə oyunun keçirildiyi Dortmund şəhərinə təşəkkür edib:

“Təşəkkürlər, Dortmund! Böyük nəticə ilə çətin oyun oldu. Almaniya millisində 50-ci oyunu keçirmək mənim üçün böyük şərəfdir”.

Haverts Danimarka ilə görüşdə penalti zərbəsini qola çevirərək hesabı açıb. İkinci qolun müəllifi isə Camal Musiala olub. Almaniya yığması Avropa çempionatının 1/4 finalında ya İspaniya, ya da Gürcüstanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button