AÇ-2024: Superkompüter turnirin favoritini açıqlayıb
AÇ-2024-ün 1/8 final mərhələsi başa çatdıqdan sonra “Opta” superkompüteri komandaların turnirdə qalib olmaq şanslarını dəyərləndirib.
Komanda.az xəbər verir ki, süni intellektə görə, Almaniya 20 faiz qalibiyyət şansı ilə Avropa çempionatının favoriti olaraq qalır.
Sonrakı yerdə 19,2 faizlə İspaniya gəlir, İngiltərə millisi isə 17,5 faizlə ilə ilk üçlüyü bağlayır.
Ən aşağı faiz Türkiyə millisi üçün nəzərdə tutulub. “Opta” bu komandanın qalib gəlmək şansını 3,1 faiz səviyyəsində qoyub.
1/4 final mərhələsinin ilk oyunları iyulun 5-də keçiriləcək. Almaniya İspaniya, Portuqaliya isə Fransa ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin