AÇ-2024: “Sautqeytə verə biləcəyimiz ən yaxşı şey qələbədir”
İngiltərə millisinin hücumçusu Harri Keyn Avropa çempionatının 1/4 finalında İsveçrə ilə oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Qaret Sautqeytin tarixdəki ən uğurlu İngiltərə məşqçilərindən biri olduğunu bildirib:
“Bilirəm ki, baş məşqçi bəzən tənqidlərlə üzləşir, amma biz meydançaya çıxırıq və vəziyyəti dəyişə bilən də bizik. Hiss edirik ki, çalışdırıcı bizə çox şey verib. O, tarixdəki ən uğurlu İngiltərə məşqçilərindən biridir. Odur ki, meydançaya çıxıb onu sevindirməliyik.
İngiltərə yığması ilə 100 oyuna çatmaq inanılmaz bir nailiyyətdir. Düşünürəm ki, ona verə biləcəyimiz ən yaxşı şey qələbədir. Ümid edirəm ki, bunu bacararıq”.
İsveçrə ilə qarşılaşma İngiltərə yığmasında Qaret Sautqeytin 100-cü oyunu olacaq.
Bizi Facebook-da izləyin