AÇ-2024: Sautqeyt İngiltərə millisinin liderlərinin adlarını açıqladı

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatı üçün milli komandanın liderlərinin seçimi ilə bağlı danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı komandada bir neçə liderin olduğunu deyib:

“Oyunçularımla açıq münasibətim var. Biz bu turnir üçün bir neçə lider müəyyən etmişik: Harri Keyn, Kayl Uolker, Deklan Rays, Çud Bellingem. Oyunçularınızın nə düşündüyü həmişə vacibdir. Mən komandanın hər bir oyunçusu ilə nə baş verdiyini bilməliyəm”.

İngiltərə yığması AÇ-2024-də Serbiya, Danimarka və Sloveniya komandaları ilə eyni qrupda yer alıb. Sautqeytin yetirmələri ilk oyununu bu gün saat 23:00-da serblərə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button