Runi Bellingemi tənqid etdi
“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingemin Avropa çempionatındakı çıxışını şərh edib.
Komanda.az “Football Dail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Bellingemin son matçlarda yaxşı oynamadığını bildirib:
“O, son matçlarda yaxşı oynamır, əsəbi görünür. Bellingem komandanın simasıdır, lakin o, heç bir şərh vermir. Bu, oyunçunun özünü çox rahat hiss etmədiyini göstərir”.
20 yaşlı yarımmüdafiəçi İngiltərə yığmasının Avropa çempionatının qrup mərhələsində keçirdiyi hər üç matçda iştirak edib və bir qol vurub.
İngiltərə millisi iyunun 30-da 1/8 finalda Slovakiya yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin