“Ranqnikə sahib olduğumuz üçün xoşbəxtik” – Alaba

Avstriya millisinin müdafiəçisi David Alaba yığmanın baş məşqçisi Ralf Ranqnikin komandanın uğurlu nəticələrinə verdiyi töhfədən danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Alaba, belə baş məşqçiyə sahib olduqları üçün xoşbəxt olduqlarını bildirib:

“O, milli komandaya böyük töhfə verdi. O, çox şeyi yaxşılığa doğru dəyişdirməyi bacardı. Biz oyunçular komandamızda bunu tez-tez görürük. Ranqnik və onun məşqçilər heyəti ən yüksək səviyyədədir. Ona sahib olduğumuz üçün xoşbəxtik. O, artıq xeyli təkmilləşib və düşünürəm ki, hər kəs onun üslubunu bizim oyunlarda aydın görə bilər”.

Ranqnik 2022-ci ilin iyununda Avstriya millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərlik etdiyi milli hazırda Almaniyada keçirilən Avropa çempionatında 3 oyundan 6 xal toplayıb. Avstriyalılar 1/8 finalda Türkiyə yığması ilə qarşılaşacaqlar. Oyun iyulun 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button