AÇ-2024: Fransalı yarımmüdafiəçi Portuqaliya ilə matçı buraxacaq
2024-cü il Avropa çempionatının 1/4 final mərhələsində Fransa və Portuqaliya yığmaları arasında görüş olacaq.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Didye Deşamın komandası ikinci sarı vərəqəyə görə cəzalı duruma düşmüş yarımmüdafiəçi Andrien Rabioya bu görüşdə arxalana bilməyəcək.
Fransa millisinin məşqçilər heyəti Rabionu hansı futbolçunun əvəzləyəcəyinə qərar verib. “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa meydana çıxacaq.
Portuqaliya – Fransa matçı iyunun 5-də Hamburqdakı stadionda keçiriləcək. Oyunun startı fiti saat 22:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin