AÇ-2024: “İsveçrə ilə matçda uduzmağa layiq deyildik”

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos komandasının Avropa çempionatının qrup mərhələsindəki çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu performanslarından razı olduğunu bildirib:

“Qrupumuzda lider olduğumuz üçün şadam. Komanda sona qədər özünə inandığını göstərdi. Bu, çox vacibdir. İsveçrə ilə matçda uduzmağa layiq deyildik. Komandamız çox çalışdı və nəticədə mükafatlandırıldı. Mən performansımızdan razıyam”.

Almaniya millisi AÇ-2024-ün qrup mərhələsində 7 xal toplayıb və 1-ci yeri tutub. İsveçrə (5) ikinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button