Qrizmann Deşamdan narazıdır
Fransa millisinin hücumçusu Antuan Qrizmann komandanın baş məşqçisi Didye Deşamın hərəkətlərindən narazıdır.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, 33 yaşlı forvard 2024-cü il Avropa çempionatının qrup mərhələsinin Polşa ilə oyununda (1:1) onu start heyətinə daxil etməyən məşqçinin qərarından narazı qalıb.
Belə ki, artıq Qrizmannla Deşam arasında dostluq münasibətləri yoxdur. Bundan əlavə, baş məşqçi Qrizmannı əvəzedilməz start heyət oyunçusu hesab etmir.
Fransalı hücumçu qrup mərhələsinin hər 3 matçında iştirak etsə də, qol vura bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin