AÇ-2024: “Portuqaliya yarımfinala çıxmaq istəyir”

Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva 2024-cü il Avropa çempionatının 1/4 finalında Fransa yığması ilə görüşdən əvvəl mətbuata açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, millinin futbolçusu Portuqaliyanın yarımfinala çıxmaq istədiyini bildirib:

“Bu matçda estafet Kriştianodan Kilian Mbappeyə keçəcəkmi? Düşünmürəm. Söhbət Ronaldo və Mbappedən yox, Portuqaliya və Fransa millilərindən gedir. Bunlar iki böyük oyunçudur, Ronaldo tarixin ən yaxşısıdır. Mbappe isə indi böyük işlər görməyə başlayıb. Amma indi komandalar haqqında danışmalıyıq. Portuqaliya yarımfinala çıxmaq istəyir”.

Portuqaliya – Fransa qarşılaşması bu gün keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button