AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

Portuqaliya millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin iyun ayındakı oyunları üçün heyəti açıqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinən Kriştiano Ronaldo da yığmaya dəvət alıb:

Qapıçılar: Dioqo Kosta, Xose Sa, Rui Patrisiu;

Müdafiəçilər: Antonio Silva, Danilo Pereyra, Dioqo Dalot, Qonsalo İnasio, Joao Kanselo, Nelson Semedo, Pepe, Rafael Gerreyro, Ruben Dias, Tote Qomes;

Yarımmüdafiəçilər: Bernardo Silva, Bruno Fernandes, Joao Paqlinya, Otavio, Renato Sançes, Rikardo Horta, Ruben Neves, Vitinya;

Hücumçular: Kriştiano Ronaldo, Dioqo Jota, Qonsalo Ramos, Joao Feliks, Rafael Leao.

Portuqaliya millisi iyunda Bosniya və Herseqovina (17 iyun) və İslandiya (20 iyun) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button