AÇ-2024: “Palmerlə eyni komandada oynamaqdan həzz alırdım”

İngiltərə millisinin yarımmüdafiəçisi Kobbi Mainu Koul Palmerlə birgə oynaması ilə bağlı təəssüratlarını bölüşüb.

Komanda.az “Yunayted Stand”-a istinadən xəbər verir ki, ingiltərli futbolçu, Palmerlə eyni komandada oynamaqdan həzz aldığını bildirib:

“Mən Palmerlə eyni komandada oynamaqdan həzz alırdım. Bu, mənim üçün ilk dəfə idi”.

“Çelsi”nin yarımmüdafiəçisi Avropa çempionatında Sloveniya ilə matçda 2-ci hissədə əvəzetmədən meydana çıxıb. O, qrup mərhələsinin əvvəlki iki turunda meydanda olmayıb.

Palmer İngiltərə Premyer Liqasının son mövsümündə ən məhsuldar oyunçu olub. O, “Çelsi”də debüt mövsümündə 22 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button