AÇ-2024: Superkompüter 1/4 finala çıxacaq komandaların adlarını açıqlayıb
“Opta” superkompüteri 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin nəticələri ilə bağlı proqnoz verib.
Komanda.az xəbər verir ki, proqnoza görə, turnirin 1/4 finalına İspaniya, Almaniya, Portuqaliya, Fransa, Niderland, İngiltərə, Avstriya və İsveçrə komandaları yüksələcək.
Avropa çempionatının 1/8 final mərhələsinin cütlükləri belədir: İspaniya – Gürcüstan, Almaniya – Danimarka, Portuqaliya – Sloveniya, Fransa – Belçika, Rumıniya – Niderland, Avstriya – Türkiyə, İngiltərə – Slovakiya, İsveçrə – İtaliya.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçirilir. Hazırkı Avropa çempionu İtaliya milli komandasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin