AÇ-2024: “Çox şey xarakterdən asılı olacaq”

Portuqaliya millisinin müdafiəçisi Ruben Dias 2024-cü il Avropa çempionatındakı çıxışı ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldoyla eyni komandada olmağın əla olduğunu bildirib:

“Kriştiano Ronaldo nümunə ilə göstərir ki, xəyallar gerçəkləşə bilər. Onunla eyni komandada olmaq əladır. Komandamız təcrübəli və gənc futbolçulardan ibarətdir. Artıq hər kəsin ən yüksək səviyyədə çıxış etmək təcrübəsi var. Çox şey xarakterdən asılı olacaq”.

Avropa çempionatının ilk matçında Portuqaliya millisi Çexiya ilə qarşılaşacaq. Oyunun start fiti bu gün saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button