AÇ-2024: Ölkə prezidenti futbolçulara müraciət etdi
Fransa prezidenti Emmanuel Makron 2024-cü il Avropa çempionatının başlaması ərəfəsində milli komanda oyunçularına müraciət edib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ölkə prezidenti qələbəyə inandığını bildirib:
“İndi kuboku qazanmaq üçün doğru zamandır. Ən yaxşı tərəfinizi göstərin, vahid komanda olun, bir-birinizə bağlı olun. İyunun 14-dən iyulun 14-nə kimi bizi xəyal edin. Qələbəyə inanıram”.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransa millisi qrup mərhələsində Niderland, Avstriya və Polşa komandaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin