“Ölkəmizi belə mötəbər turnirdə təmsil etdiyimiz üçün çox şadıq” – Gürcü futbolçu
Gürcüstan millisinin kapitanı Quram Kaşia komandasının Avropa çempionatındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü futbolçu bunun onlar üçün inanılmaz bir macəra olduğunu bildirib:
“Bu, bizim üçün inanılmaz bir macəradır. Nəyə nail ola bildiyimizlə fəxr edirik. İspaniya ilə görüşdə qalib gələ bilmədik, amma yenə də, ölkəmizi belə mötəbər turnirdə təmsil etdiyimiz üçün çox şadıq”.
Villi Sanyolun komandası İspaniyaya uduzaraq, 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb.
Gürcüstan millisi İspaniyaya 1:4 hesabı ilə uduzub. İspanların rəqibi 1/4 finalda Almaniya millisi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin