AÇ-2024: “Mbappenin görmə problemi var”
Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Polşaya qarşı keçirəcəkləri oyun öncəsi hücumçu Kilian Mbappenin durumundan danışıb.
Komanda.az “Ekip”ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Mbappenin hər gün yaxşılaşdığını bildirib:
“Kilian hər gün yaxşılaşır. Şişkinlik gedir, o, qoruyucu maskaya daha çox öyrəşir. Nəfəs almasında problem yoxdur, amma görmə problemi var. Bəzi hallarda maska baxış bucağını məhdudlaşdırır. Bu səbəbdən, bəzi məqamlarda tərəddüd edə bilər. Buna öyrəşmək lazımdır”.
Mbappenin Avstriya millisi ilə ilk tur matçında (1:0) burnu sınmışdı. 25 yaşlı forvard zədə səbəbindən Niderland millisi ilə oyunda iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin