AÇ-2024: “Növbəti matç ərəfəsində çaxnaşma salmamalıyıq”
İngiltərə millisinin qapıçısı Cordan Pikford AÇ-2024-də Serbiya (1:0) və Danimarka (1:1) ilə oyunlarda inamsız çıxış etmələri haqda danışıb.
Komanda.az “The Independent”-ə istinadən xəbər verir ki, ingilis futbolçu rahat olduqlarını deyib:
“Bizdə hər şey yaxşıdır, biz rahatıq. Turnirin davam etməsindən həzz almalısız. Dörd xalımız var, qrupda birinci yerdəyik, hər şey yaxşıdır. Daha yaxşı oynaya biləcəyimizi bilirik. Amma uduzmamışıq. Biz sakitik. Növbəti matç ərəfəsində çaxnaşma salmamalıyıq”.
İngiltərə – Sloveniya oyunu iyunun 25-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin