“Biz ikinci yeri tutmalıyıq!” – “Neftçi”nin keçmiş baş məşqçisi
“Neftçi”nin keçmiş baş məşqçisi Adrian Mutu Rumıniya millisinin Avropa çempionatındakı perspektivlərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis milli komandanın şanslarının yaxşı olduğunu bildirib:
“Rumıniya qrupdan çıxacaqmı? Düzünü desəm, şanslarımız yaxşıdır. Kağız üzərində Belçika açıq şəkildə bizdən üstündür. Ukraynanın bizdən üstün olduğunu düşünmürəm. Eynilə Slovakiya kimi. Biz ikinci yeri tutmalıyıq!”
Rumıniya millisi bu gün AÇ-2024-də ilk oyununda Ukrayna ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin