AÇ-2024: “Mbappenin görmə problemi var”

Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Polşaya qarşı keçirəcəkləri oyun öncəsi hücumçu Kilian Mbappenin durumundan danışıb.

Komanda.az “Ekip”ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Mbappenin hər gün yaxşılaşdığını bildirib:

“Kilian hər gün yaxşılaşır. Şişkinlik gedir, o, qoruyucu maskaya daha çox öyrəşir. Nəfəs almasında problem yoxdur, amma görmə problemi var. Bəzi hallarda maska ​​baxış bucağını məhdudlaşdırır. Bu səbəbdən, bəzi məqamlarda tərəddüd edə bilər. Buna öyrəşmək lazımdır”.

Mbappenin Avstriya millisi ilə ilk tur matçında (1:0) burnu sınmışdı. 25 yaşlı forvard zədə səbəbindən Niderland millisi ilə oyunda iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button