Qrizmann: “Mən şikayətçi deyiləm”
Fransa millisinin hücumçusu Antuan Qrizmann Avropa çempionatındakı çıxışından danışıb.
Komanada.az “Footmercato”-ya istinadən xəbər verir ki, fransalı futbolçu turnirə zəif başladığını bildirib:
“Turnirə zəif başladım, lakin sonra özümü daha yaxşı hiss etdim. Amma sonda ehtiyat oyunçular skamyasında qaldım. Bu, hər bir futbolçunun karyerasında olur. Elə oyunçular var ki, bir dəqiqə belə, oynamayıb. Mən şikayətçi deyiləm”.
Fransa yığması yarımfinalda İspaniyaya 1:2 hesabı ilə məğlub olaraq, Avropa çempionatındakı çıxışını başa vurub.
İspaniya millisi turnirin final oyununda Niderland – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin