Mbappe AÇ-2024-dən sonra əməliyyat olunacaq
Fransa millisinin baş məşqçisi Didye Deşam bildirib ki, komandanın hücumçusu Kilian Mbappe 2024-cü il Avropa çempionatından sonra əməliyyat olunacaq.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı, Mbappenin AÇ-2024-dən sonra cərrahlardan kömək istəməli olacağını bildirib:
“Mbappe turnirdən sonra cərrahlardan kömək istəməli olacaq. O, çərşənbə axşamı bir az daha yaxşı idi. Biz onun vəziyyətini diqqətlə izləyirik”.
Avropa çempionatının ilk oyununda Fransa yığması Avstriyaya 1:0 hesabı ilə qalib gəlib. Həmin matçda zədələnən Mbappe burun sümüyü qırıldığı üçün yarışın qrup mərhələsinin qalan oyunlarını buraxmaq riski daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin