Mbappe maskadan şikayətləndi
Fransa millisinin hücumçusu Kilian Mbappe Avropa çempionatında qoruyucu maskada oynamaq hissindən danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı futboçu maskada oynamağın əsl dəhşət olduğunu bildirib:
“Maskada oynamaq əsl dəhşətdir. Hər dəfə nəsə səhv getdiyi üçün maskanı dəyişdim. Görünüş məhdud olduğu üçün oynamaq çətindir. Ehtiyac olmadığı halda ondan dərhal qurtulacam”.
Mbappenin Avropa çempionatının qrup mərhələsində, Avstriya yığması ilə matçda burnu qırılıb.
Fransa millisi AÇ-2024-ün 1/8 finalında Belçika ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin