AÇ-2024: “Milli komandadakı vəziyyətə təsir etmək klubdakından daha çətindir”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann millidə və klubda işləməyi müqayisə edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı milli komandadakı vəziyyətə təsir etməyin klubdakından daha çətin olduğunu bildirib:

“Milli komandadakı vəziyyətə təsir etmək klubdakından daha çətindir. Hər kəsin sizin ideyalarınızı həqiqətən qavraması və qəbul etməsi üçün məşqçilər heyəti ilə çox danışmalı və lazımi məqamlarda oyunçularla fərdi söhbətlər etməlisiz. Oyunçularla ünsiyyət üçün düzgün vaxtı seçmək lazımdır ki, bu, komandaya real təsir göstərsin. Hər gün məşqdə bir-birimizi görmədiyimiz üçün ictimaiyyətin fərqinə varmadığı pərdə arxasında çoxlu mülahizələr müzakirə olunur”.

AÇ-2024 öncəsi məşq zamanı Almaniya millisinin futbolçuları arasında qarşıdurma yaşandığı bildirilib.

Naqelsmann Almaniya millisinə 2023-cü ilin sentyabrından rəhbərlik edir. Bundan əvvəl o, Almaniyanın “Hoffenhaym”, “Leyptsiq” və “Bayern” komandalarını çalışdırıb.

Almaniya millisi Avropa çempionatında A qrupunda oynayacaq. Naqelsmannın yetirmələri Şotlandiya (14 iyun), Macarıstan (19 iyun) və İsveçrə komandaları ilə mübarizə aparacaq (23 iyun).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button