AÇ-2024: “Heç bir komanda İtaliyaya qarşı oynamaqdan xoşbəxt olmayacaq”
İtaliya yığmasının yarımmüdafiəçisi Stefan El Şaaravi 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin İsveçrə ilə qarşıdakı oyunu haqda danışıb. O, həmçinin Xorvatiya millisi ilə qrup mərhələsinin 3-cü turunun matçı (1:1) haqda fikirlərini bildirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı futbolçu məqsədlərinin finala qədər getmək olduğunu söyləyib:
“Heç bir komanda İtaliyaya qarşı oynamaqdan xoşbəxt olmayacaq, çünki bizim futbol tariximiz var. Biz Avropa çempionatının son çempionuyuq və bizə qarşı heç vaxt asan deyil. Xorvatiya ilə oyunda buna əmin olduq. Çalışmalıyıq ki, hər bir komandaya qarşı açıq oynayaq. İsveçrəyə qarşı da eyni şeyi edəcəyik. Məqsədimiz finala qədər getməkdir.
Xorvatiya millisi ilə heç-heçə çox emosional idi, 97-ci dəqiqədə vurulan qol böyük sevinc gətirdi. Hamımız çox xoşbəxt idik. Biz heç vaxt təslim olmuruq, həmişə sona qədər inanırıq. Keyfiyyət baxımından müstəsna matç olmasa da, yaxşı idik. Biz pley-offa çıxmağa layiq idik”.
İsveçrə – İtaliya görüşü iyunun 29-da keçiriləcək.
Bizi Facebook-da izləyin