“Haqqımızda hələ də şübhələr olacaq və biz bunu başa düşürük” – Sautqeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatının 1/8 finalında qalib gəldikdən sonra komandasına münasibətindən danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı, oyunçuların ruhu və liderliyi ilə çox fəxr etdiyini bildirib:

“Bu, komanda üçün çox vacib məqamdır. Meydanda bütün ulduz futbolçularınızla oyunda qalib gəlmək olar, lakin digər oyunçuların bu mərhələni keçməyimizə kömək etməsi, onlara güvəndiklərini hiss etmələri bizim üçün çox önəmlidir.

Haqqımızda hələ də şübhələr olacaq və biz bunu başa düşürük. Lakin bu rəqabətdə qalmağımıza kömək edən keyfiyyətlər var. Mən oyunçuların ruhu və liderliyi ilə çox fəxr edirəm”.

İngiltərə millisi Slovakiyanı əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib. Beləliklə, İngiltərə yığması AÇ-2024-ün 1/4 finalına yüksəlib. Növbəti mərhələdə ingilislər İsveçrə millisi ilə qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button