AÇ-2024: “Mən kubok qazanmaq istərdim”
Fransa millisinin hücumçusu Kilian Mbappe 2024-cü il Avropa çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, Mbappe Avropa çempionu olmaq istədiyini deyib:
“Bu, heyrətamiz təcrübə olacaq. Ölkəmizin tarixində yeni uğurlu səhifə yazmaq üçün daha bir fürsət. Mən tam hazır olacam. Bu turnirdə qalib gəlmək çətindir, çünki bütün rəqiblər güclüdür. Bizim güclü qrupumuz var, amma buna hazırıq. Mən kubok qazanmaq istərdim. Bu, milli komanda ilə qazanmadığım yeganə tituldur”.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransa millisi Niderland, Avstriya və Polşa ilə eyni qrupda oynayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin