
Keyn: “Van Dayka problem yaratmağa hazıram”
İngiltərə millisinin hücumçusu Harri Keyn Avropa çempionatının yarımfinalında Niderland yığması ilə görüşdən əvvəl açıqlama verib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu dünyanının ən yaxşılarına qarşı oynamağı sevdiyini bildirib:
“Vircil van Dayk? Uzun illər ərzində Premyer Liqada bir-birimizə qarşı çox oyun keçirmişik. Bəzən o, bəzən mən daha yaxşı idim. Bizi çox çətin matç gözləyir. Mən bu qarşılaşmada Van Dayka problem yaratmağa hazıram. Amma o da eyni şeyi edəcək. Mən dünyanın ən yaxşılarına qarşı oynamağı sevirəm”.
Bu gün Niderland və İngiltərə yığmaları arasında AÇ-2024-ün yarımfinal matçı keçiriləcək və saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin