AÇ-2024: “Finalda İspaniya ilə qarşılaşmaq istərdim”

Niderland millisinin baş məşqçisi Ronald Kuman Avropa çempionatının finalında potensial rəqiblə bağlı sualı cavablandırıb.

Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında bunları deyib:

“Finaldakı rəqib haqqında belə bir sual vermək hələ tezdir, əvvəlcə yarımfinal oyununa yaxşı hazırlaşmalıyıq. İki əla komandanın görüşünü gözləyirik. Amma seçim etməli olsam, finalda İspaniya ilə qarşılaşmaq istərdim. Çünki qrup mərhələsində artıq Fransa ilə oynamışıq”.

Niderland millisi qrup matçında Fransa ilə qolsuz bərabərə qalıb.

Kumanın yetirmələri iyulun 10-da yarımfinalda İngiltərə ilə qarşılaşacaq. Bir gün əvvəl ilk finalçı müəyyənləşəcək. İspaniya və Fransa komandaları finala vəsiqə uğrunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button