“Ümid edirəm ki, İspaniya ilə matç Kroosun karyerasında sonuncu olacaq”
İspaniya millisinin üzvü Pedri almaniyalı yarımmüdafiəçi Toni Kroosun karyerasında son matçını cümə günü keçirəcəyinə inandığını deyib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Kroosun əfsanə olduğunu söyləyib:
“Ümid edirəm ki, İspaniya ilə matç Kroosun karyerasında sonuncu olacaq. O, əfsanədir”.
Kroos karyerası ərzində Almaniya millisi ilə dünya çempionatının qalibi olsa da, o, hələ də Avropa çempionu olmayıb. 34 yaşlı futbolçu Almaniya millisinin əsas heyətində AÇ-2024-də komandanın 4 matçının hər birində meydana çıxıb.
Kroos yazda AÇ-2024-ün sonunda peşəkar karyerasını bitirəcəyini açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin