“Barselona” risk etdi, nəticədə, bədəlini biz ödəməli olduq” – Kuman
Niderland millisinin baş məşqçisi Ronald Kuman bildirib ki, komandanın aparıcı yarımmüdafiəçisi Frenki de Yonq 2024-cü il Avropa çempionatında oynamayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı “Barselona”nın futbolçusunun meydana qayıtmağa hazır olmadığı üçün təəssüfləndiyini bildirib:
“Təəssüf ki, Frenki meydana qayıtmağa hazır deyil. Artıq onun belə bir zədəsi var, ona görə də, sağlamlığına diqqət yetirməlidir. “Barselona” risk etdi, nəticədə, bunun bədəlini biz ödəməli olduq”.
De Yonq 2023/24 mövsümünün sonunda ayaq biləyindən zədə almışdı.
Niderland millisi Avropa çempionatının qrup mərhələsində Fransa, Avstriya və Polşa ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin