“AÇ-2020-dəki qələbədən sonra nəsil dəyişikliyini əldən verdik” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti 2024-cü il Avropa çempionatı haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italyan mütəxəssis ölkəsinin milli komandasının AÇ-2020-dəki qələbədən sonra nəsil dəyişikliyini əldən verdiyini bildirib:
“Almaniya yığmasının evdə necə çıxış edəcəyini görmək maraqlı olacaq. Onların yaxşı komandası var.
İtaliya? AÇ-2020-dəki qələbədən sonra nəsil dəyişikliyini əldən verdik. Ona görə də, komandadan nə gözlədiyimi deyə bilmərəm”.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin ev sahibləri açılış matçında Şotlandiya ilə qarşılaşacaq.
İtaliya millisi turnirin hazırkı qalibidir. Onlar AÇ-2020-nin finalında İngiltərəni penaltilər seriyasında məğlub edib.
Bizi Facebook-da izləyin