Jiru ən yaşlı oyunçu oldu

Fransa millisi AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunda İrlandiyanı məğlub edib (1:0).

Komanda.az “Footmercato” nəşrinə istinadən xəbər verir ki, həmin matçda “xoruzlar”ın hücumçusu Olivye Jiru yeni rekorda imza atıb.

“Milan”ın forvardı 2000-ci ildən Fransa millisində rəsmi oyunlarda iştirak edən ən yaşlı oyunçu olub (36 yaş 178 gün). O, keçmiş futbolçu Lilian Türamı qabaqlayıb (36 yaş 164 gün).

Jiru yığmada 121 oyuna çıxıb və 53 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button