AÇ-2024: “İtaliyanın İsveçrə üçün heç bir sirri yoxdur”

İtaliyalı sabiq qapıçı Canluici Buffon 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsində İtaliya və İsveçrə milliləri arasında keçiriləcək görüşlə bağlı fikirlərini bölüşüb:

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Buffon İsveçrənin güclü rəqib olduğunu deyib:

“İsveçrə güclü rəqibdir. Bu komandanı məğlub etmək çətindir. İtaliyanın İsveçrə üçün heç bir sirri yoxdur. Biz onlarla son illərdə bir neçə dəfə oynamışıq. Bu bizim yeni görüşümüz olacaq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedəcək”.

Avropa çempionatının 1/8 final mərhələsinin İtaliya və İsveçrə milli komandaları arasında oyunu iyunun 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button