Spalettiyə qarşı “üsyan” və komanda yoldaşlarını “satqın” sayan futbolçular

İtaliya millisi Avropa çemponatında mübarizəni erkən başa vurdu.

Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, AÇ-2024 zamanı İtaliya yığmasının daxilində birlik olmayıb. Belə ki, futbolçular baş məşqçi Luçano Spalettinin prinsiplərini və ideyalarını bölüşməyiblər. Bəziləri hətta işə yanaşmasına görə baş məşqçini qınayıblar.

İtaliya millisinin üzvü Nikolo Faqioli ilə də problemlər olub. Bir sıra oyunçular mərc qaydalarını pozduğuna görə cəzalanan futbolçu Sandro Tonalinin işində ifadə verdiyi üçün onu “satqın” hesab ediblər.

Luçano Spalettinin İtaliya millisi ilə işləməyə davam edəcəyi daha əvvəl açıqlanmışdı.

Spalettinin komandası İsveçrəyə 0:2 hesabı ilə məğlub olaraq, AÇ-2024-də 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button