AÇ-2024: “İsveçrə millisini məğlub etmək asan olmayacaq”

İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi həmyerlilərinin İsveçrə yığması ilə qarşılaşacağı AÇ-2024-ün 1/8 final mərhələsinin qarşıdakı oyunu haqda danışıb.

Komanda.az “La Gazetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, İsveçrə millisini məğlub etməyin asan olmayacağını bildirib:

“İsveçrə millisini məğlub etmək asan olmayacaq, onların A Seriyasında, Premyer Liqada və Bundesliqada güclü oyunçuları var. Almaniya ilə oyunda məni heyran etdilər. Daha da irəli getsək, o zaman sonrakı yol boş şosse kimi ola bilər. Amma milli komandanın oyunçuları bu barədə düşünməsələr yaxşıdır, əks halda, hər şey dar bir yola çevriləcək”.

İtaliya millisinin İsveçrə yığması ilə oyunu iyunun 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button