AÇ-2024: İsrail millisinin təxirə salınmış oyunlarının vaxtı müəyyənləşib

FİFA İsrail millisinin AÇ-2024-ün seçmə mərhələsində Kosovo və İsveçrə yığmaları ilə təxirə salınmış oyunları üçün yeni tarixlər müəyyən edib. 

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 15-də keçirilməli olan Kosovo ilə matç noyabrın 12-də oynanılacaq. İsrail yığmasının isveçrəlilərlə oyunu üç gün sonra, noyabrın 15-də reallaşacaq. 

İsrail millisi AÇ-2024-ün seçmə mərhələsinin I qrupunda 6 görüşün nəticəsinə əsasən 11 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. 

Sözügedən oyunlar Fələstinlə müharibə səbəbindən təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button