
AÇ-2024: İsrail millisinin təxirə salınmış oyunlarının vaxtı müəyyənləşib
FİFA İsrail millisinin AÇ-2024-ün seçmə mərhələsində Kosovo və İsveçrə yığmaları ilə təxirə salınmış oyunları üçün yeni tarixlər müəyyən edib.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 15-də keçirilməli olan Kosovo ilə matç noyabrın 12-də oynanılacaq. İsrail yığmasının isveçrəlilərlə oyunu üç gün sonra, noyabrın 15-də reallaşacaq.
İsrail millisi AÇ-2024-ün seçmə mərhələsinin I qrupunda 6 görüşün nəticəsinə əsasən 11 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.
Sözügedən oyunlar Fələstinlə müharibə səbəbindən təxirə salınmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin