AÇ-2024: “İspanlar bizdən daha “təravətli” görünürdülər”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avropa çempionatının qrup mərhələsinin ikinci turunda İspaniyaya məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı ispanların daha “təravətli” göründüklərini bildirib:

“Məğlubiyyətin səbəbi odur ki, ispanlar bizdən daha “təravətli” görünürdülər. Həmçinin, futbolçularımın fiziki durumu da yaxşı deyildi. Bu, meydanda baş verənlərə də yansıdı”.

İtaliya millisi qrup mərhələsinin növbəti turunda iyunun 24-də Xorvatiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button