AÇ-2024: “İspaniyalılar sahib olduqlarının qiymətini bilmirlər”
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente aşağı performansına görə tənqid olunan millinin hücumçusu Alvaro Morata haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Moratanın ən yaxşı nümunə olduğunu bildirib:
“İspaniyalılar sahib olduqlarının qiymətini bilmirlər. Morata ən yaxşı nümunədir. O, superulduzun statistikasına malikdir. Morata İspaniya millisinin ən yaxşı bombardiri reytinqində 4-cü yeri tutur. O, klub səviyyəsində bir çox kuboklar qazanıb. İstənilən başqa ölkədə o, əfsanə sayılardı. Ancaq bununla bağlı problemlərimiz var”.
Morata Avropa çempionatında keçirdiyi 6 görüşdə cəmi 1 qol vurub. İspaniya millisi turnirin finalında İngiltərə yığması ilə qarşılaşacaq. Qarşılaşma iyulun 14-də baş tutacaq və saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin