AÇ-2024: İspaniyalı futbolçu Almaniya millisinin sabiq üzvünün cavabını verdi
İspaniya millisinin müdafiəçisi Emerik Laport Almaniya yığmasının sabiq qapıçısı Yens Lemanın açıqlamasına sərt reaksiya verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Lemanın sözlərinin o qədər də böyük məna kəsb etmədiyini bildirib:
“Onun sözlərindən təsirlənmirik. Qalib gəlsək, o, susmalı olacaq. Lemanın sözləri o qədər də böyük məna kəsb etmir”.
Leman AÇ-2024-də çıxış edən İspaniya millisi haqda “bu, kiçik və təcrübəsiz komandadır” ifadələrini işlətmişdi.
İspaniya və Almaniya milli komandaları arasındakı görüş iyulun 5-də keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin