“Axmaq deyiləm, bilirəm ki, daha yaxşı oynaya bilərəm” – Millinin kapitanı

Niderland yığmasının kapitanı Vircil van Dayk milli komandaya ünvanlanan tənqidlərə cavab verib. O, həmçinin Almaniyada keçirilən Avropa çempionatının 3-cü turunda Avstriya ilə oyunda (2:3) komandanın çıxışından danışıb.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu tənqidi çox yaxşı başa düşdüyünü bildirib:

“Mən tənqidi çox yaxşı başa düşürəm. Axmaq deyiləm, mən də bilirəm ki, daha yaxşı oynaya bilərəm və daha yaxşı olmalıyam. Bunun üzərində işləyirəm. Avstriyaya qarşı ən yaxşı oyunumu keçirmədim. Bu, mənə təsir edir. Amma mən də düşünürəm ki, ümumilikdə hər şey daha yaxşı ola bilər və olmalıdır. Bütün komanda uğursuz oldu, amma ilk növbədə özümə baxıram. Mən daha yaxşı oynaya bilərdim.

Bəlkə də, özümüzdən çox arxayınıq. Deyəcəklərimiz və təhlil edəcəyimiz çox şey var idi. Avstriya ilə matçda hər şey tamamilə yanlış getdi. Hər şey çox pis idi. Bu, əsasən qalib gəlmək istəyindən irəli gəlirdi. Bu barədə məşqçilərlə danışmağa ehtiyac yoxdur, bunu oyunçular özləri etməlidir. Ona görə də, biz bu barədə hətta sərt sözlərlə də danışdıq. Bunu davam etdirsək, burada daha heç bir işimiz olmayacaq. İşlər tez dəyişməlidir, əks halda, evdə oturub necə olacağını düşünəcəyik. Amma biz bunu istəmirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button