AÇ-2024: İngilis müdafiəçi sağaldı, məşqlərə qoşuldu

Müdafiəçi Con Stounz xəstəliyi səbəbindən çərşənbə günü İngiltərə millisi ilə məşq etməyib.

Komanda.az “Sport News”-a istinadən xəbər verir ki, xəstəliyə baxmayaraq, futbolçu tez bir zamanda komandanının hazırlığına qoşulub.

İngiltərə yığması iyunun 16-da 2024-cü il Avropa çempionatında ilk oyununu keçirəcək. Turnirin qrup mərhələsinin ilk matçında Qaret Sautqeytin komandası Serbiya ilə qarşılaşacaq.

İngilislər növbəti oyunlarda qrup mərhələsində Danimarka və Sloveniya milliləri ilə mübarizə aparacaqlar.

Mütəxəssislər İngiltərə yığmasını 2024-cü il Avropa çempionatının əsas favoriti hesab edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button