AÇ-2024: İngiltərə yığması üçün şad xəbər
Sol cinah müdafiəçisi Luk Şou Avropa çempionatının növbəti matçına hazır olacağını təsdiqləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Şoudan meydana nə vaxt qayıda biləcəyini soruşduqda cavabı qısa olub:
“Növbəti oyunda”.
Şou fevral ayından zədə səbəbindən oynamayıb, lakin onun milli komandanın AÇ-2024 üçün heyətinə daxil edilməsinə qərar verilib.
İngiltərə yığması Avropa çempionatının 1/8 finalında Slovakiya millisi ilə qarşılaşacaq. Qarşılaşma iyunun 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin