AÇ-2024: “Premyer Liqada belə “pozuntular”a gülürlər”
Macarıstan millisi almanlara 0:2 hesabı ilə uduzduqdan sonra komandanın çalışdırıcısı hakimliyi tənqid edib. Onun fikrincə, hakimlər komandasının xeyrinə penalti təyin etməyiblər.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, “Barselona”da forma geyinən Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan macarların iddialarına çox təəccüblənib:
“Bu açıqlamalar məni təəccübləndirdi. Mən yeddi il Premyer Liqada oynadım və orada belə “pozuntular”a gülürlər”.
Gündoğan İngiltərədə “Mançester Siti”nin formasını geyinib.
Macarıstan yığması AÇ-2024-də qrup mərhələsində son oyununda Şotlandiya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin