İngiltərəli futbolçular Kardaşyanın “ağıllı üzüy”ündən istifadə edəcəklər
İngiltərə yığmasının oyunçuları Avropa çempionatında müasir izləmə cihazı olan “Oura Ring” adlı “ağıllı üzük”dən istifadə edəcəklər.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, bu cihaz yuxu rejimini, bədən istiliyini, ürək parametrlərini nizamlayır.
Yığma komandanın baş məşqçisi Qaret Sautqeyt öz işində müasir texnologiyalardan istifadə etməyə sadiqdir.
“Oura” üzüyü model Kim Kardaşyan və aktrisa Cennifer Eniston da daxil olmaqla bir çox tanınmışlar tərəfindən istifadə olunur.
İngiltərə yığması AÇ-2024-də ilk oyununu iyunun 16-da Serbiyaya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin