AÇ-2024: “İngiltərə millisinin çıxışı məni ruhlandırır”

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz İngiltərə yığmasının 2024-cü il Avropa çempionatındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu bu komandanın özünü sübut etməyə hazır olduğunu düşündüyünü bildirib:

“Bu, bəzilərini təəccübləndirə bilər, amma İngiltərə millisinin çıxışı məni ruhlandırır. Düşünürəm ki, bu komanda özünü sübut etməyə hazırdır”.

İngiltərə yığması iyunun 25-də AÇ-nin qrup mərhələsinin son oyununa çıxıb. Qaret Sautqeytin yetirmələri Sloveniya millisi ilə qarşılaşmada 0:0 hesablı heç-heçə edib.

İngiltərə yığması AÇ-2024-ün qrup mərhələsinin 3 turundan sonra 5 xal tolayıb. Komanda C qrupunda 1-ci yeri tutaraq 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button